Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:40

Məhbuslarla 326 görüş keçirilib


Bakı həbsxanası
Bakı həbsxanası
-
Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə son bir ildə penitensiar müəssisələrə 20 dəfə baş çəkib, məhbuslarla 326 fərdi görüş keçirib. Məhkumlara hüquqi, tibbi yardım göstərilib, insan hüquqları ilə bağlı çap olunan məlumat kitabçaları məhkumlar arasında paylanıb.

Fevralın 27-də keçirdikləri hesabat görüşdə Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin üzvləri gördükləri işlərdən danışıblar. Komitənin növbəti bir illik səlahiyyət müddəti başa çatdığından qurum onu formalaşdıran Seçki Komissiyasına hesabat verib. İctimai komitənin üzvü Nazir Quliyev:

«İctimai Komitənin işi sadəcə monitorinqlər həyata keçirməklə bitmir. Məhkumların ümumi təhsil almalarına, peşə hazırlığına kömək göstərilməsi, onların asudə vaxtlarının təşkilinə dəstək və digər tədbirlərin həyata keçirilməsi də gördüyümüz işlər sırasındadır».

«İCTİMAİ KOMİTƏYƏ FORMAL TƏSİSAT KİMİ YANAŞMIRIQ»

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov da bildirib ki, komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunub, lazımi tədbirlər görülüb.

AzadlıqRadiosuna müsahibəsində Faiq Qurbanov həmin tədbirlərdən danışıb:

«İctimai Komitə nazirliyə hesabatlar təqdim edir. Bu hesabatlar əsasında hətta prinsipial tədbirlər görülüb. Bəzi əməkdaşlar intizam məsuliyyətinə cəlb olunub, bir müəssisə rəisi ədliyyə sistemindən xaric olunub, digər müəssisə rəisinə töhmət elan olunub.
Faiq Qurbanov
Faiq Qurbanov
Yəni, bu qurumun fəaliyyəti öz bəhrəsini verir. Biz bu təsisata formal təsisat kimi yanaşmırıq».

Faiq Qurbanov müəssisələrdə müasir infrastrukturun yaradılması, köhnə müəssisələrin ləğvi və bununla da ədliyyə sistemindəki bir çox problemlərin həllinin qarşıda duran mühüm vəzifə olduğunu deyir.

HƏLLİNİ GÖZLƏYƏN MƏSƏLƏLƏR

Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin üzvü Nazir Quliyev AzadlıqRadiosuna müsahibəsində həm də Ədliyyə Nazirliyi qarşısında qaldırdıqları, amma hələ də həllini gözləyən məsələlərdən də danışıb:

«Ən vacib məsələ məhkumların əməyə cəlb olunmasıdır. Bununla həm onların başı qarışa bilər, həm müəyyən sosial problemlərini həll edə bilərlər. Bu məsələni yoluna qoymaq üçün təkcə Ədliyyə nazirliyi yox, dövlət proqramı çərçivəsində iş görülməlidir. Bura biznes qurumları cəlb olunmalıdır. Digər vacib məsələ müəssisələrdə psixoloji xidmətlərin gücləndirilməsidir».

Cəzaçəkmə müəssisələrində işgəncə faktlarına gəlincə, Nazir Quliyev Komitəyə bununla bağlı hər hansı şikayətin olmadığını deyir.

Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə 2006-cı ildən fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG