Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:17
-
2013-cü ilin ilk 2 ayı geridə qalır. Ötən iki ayda azı 3 dəfə internet azadlığı, bu dünya kompüter şəbəkəsinin tənzimlənməsi və məhdudlaşdırılması kimi fikirlər səsləndi.

İlk təklif yanvarın 10-da Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlidən gəldi. O, internet televiziyalarının lisenziyasız fəaliyyətini rəsmi icazə alan digər telekanallara haqsızlıq kimi qiymətləndirdi. Üstəlik, internet TV-lərinin lisenziyalaşdırılmasını zəruri saydığını dilə gətirdi və bunu onların fəaliyyətini tənzimləmə mexanizminin olmaması ilə əsaslandırdı.

İNTERNETDƏ QANUNİ MƏSULİYYƏT MÜHİTİ

Başqa bir şura, bu dəfə Mətbuat Şurası təklif yox, real əmələ üstünlük verərək xəbər saytları və portallarla bağlı komissiya yaratdı. Komissiyanın sədri Elnur Baimov elə özlərinin tanıtma toplantısında internet mediasında da qanuni məsuliyyət mühitinin artırılmasını vurğuladı. İnternetlə bağlı sonuncu fikir nə təklif, nə də məsuliyyət – birbaşa məhdudiyyət sayıla bilər.

Milli Məclisin üzvü Hadı Rəcəbli bir başqa məsələdən – uşaqların internetdən istifadəsinin məhdudlaşdırılmasından söz açdı. O, bəzən azyaşlıların internetdə heç böyük adamların baxması düzgün sayılmayan görüntüləri izləməsinin ziyanından danışdı. Beləcə, elektron şəbəkənin tənzimlənməsində daha bir məhdudiyyətə yaşıl işıq yandırmağa cəhd göstərildi. Deputat sözlərinə onu da əlavə etdi ki, Rusiya da daxil, bəzi ölkələrdə bu cür məhdudiyyətlər artıq tətbiq Emin Hüseynov

Emin Hüseynov

olunur.

HAKİMİYYƏTİN SEÇKİÖNCƏSİ İNTERNET PLANLARI

«Bütün bunlar eyni məqsədi güdür: Azərbaycanda ifadə azadlığına, qismən də olsa, təminat verilən bir məkanı - interneti seçkiöncəsi şəraitdə hakimiyyətin nəzarətində saxlamaq».

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov bu fikirdədir. O, internetə dair ard-arda müxtəlif səviyyələrdə səslənən fikirləri hakimiyyətin internetə qarşı planlarının göstəricisi sayır:

«Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrdə internet məhdudlaşdırılıb və hakimiyyətin nəzarətinə verilib. Bu barədə səslənən fikirlər göstərir ki, Azərbaycan hakimiyyəti də seçkiöncəsini gözə alaraq interneti məhdudlaşdırmaq üçün planlar qurur. Belə fikirlər hakimiyyətin təhlükəli planlarının tərkib hissəsidir».

«BU, İNTERNETİN SENZURASIDIR»

Azərbaycanın təhsil ocaqlarında azı 10 min sayta giriş məhdudlaşdırılıb. Bundan başqa, uşaqların erotik, porno və digər təhlükəli Ələsgər Məmmədli

Ələsgər Məmmədli

saytlara girişini məhdudlaşdırmaq üçün xüsusi süzgəc paketindən yararlanaraq bənzər saytlara girişi məhdudlaşdırmaq da olar. İstər-istəməz, bir sual ortaya çıxır: Azyaşlıları sözügedən saytlardan qorumağın belə asan yolları varkən, ayrıca qanuna nə ehtiyac var?

Suala cavab verən media hüququ eksperti Ələsgər Məmmədli ayrıca qanun söhbətini fərqli ad altında hakimiyyətin bütövlükdə interneti məhdudlaşdırmaq cəhdi sayır:

«Bunun adını uşaqları, qadınları, yaşlıları qorumaq qoymaq, yəni istənilən adda bəhanə uydurmaq olar. Amma uydurulan bəhanə hüquqların özünə sayğısızlığa yönəlməməlidir. Qanunla hər kəsin internetinə eyni senzura tətbiq olunacaq. Onlar bəlli sayda, bəlli məzmunda informasiyaları görə, oxuya biləcəklərsə, bu, internetin məhdudlaşdırılması və senzura deməkdir».

Ələsgər Məmmədlinin fikrincə, internetə çıxış informasiya azadlığının ən önəmli tərkib hissəsidir.
Foto: Arxiv

Foto: Arxiv


OİT AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİR

Fevralın 26-da Onlayn İfadə Təşəbbüsü (OİT) koalisiyası da bu barədə bəyanat yayıb. Koalisiya Azərbaycanda uşaqları zərərli məzmundan qorumaq adı ilə hakimiyyətə interneti tənzimləmək səlahiyyəti verəcək yeni qanunların qəbulundan narahatlığını dilə gətirir.

OİT təəssüflə bildirir ki, hökumət bütün bu mürtəce planları Azərbaycanda BMT-nin İnternet İdarəçiliyi Forumu (İİF) keçirildikdən sonra reallaşdırmağa başlayıb. Həmin forumla Azərbaycanı internetin inkişafında qlobal tərəfdaş kimi göstərmək istəyən hakimiyyət bu gün, əslində, internet azadlığına dair dəfələrlə səsləndirdiyi vədlərdən geri çəkildiyini göstərir.

OİT bir daha Azərbaycan hakimiyyətinə üz tutaraq beynəlxalq öhdəliklərə əməl etməyə, internetlə bağlı dövlət siyasətini beynəlxalq hüquq normalarına uyğunlaşdırmağa və internetin ifadə azadlığı məkanı kimi qalmasını təmin etməyə çağırır.

Şərhləri göstər

XS
SM
MD
LG