Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:01

Əfqanıstanda törədilmiş hücumda azı 17 nəfər ölüb


Əfqanıstanın Qəzni əyalətində polis məntəqəsinə edilmiş hücumda azı 17 adam ölüb.

Hücumla bağlı müxtəlif məlumatlar var.

Yerli şuranın nümayəndəsinin sözlərinə görə, ölənlərin hamısı polislərdir, onları yaraqlılar zəhərləyib, sonra isə güllələyiblər.

Əyalətin Qubernatoru Musa Khan Akbarzadanın sözlərinə görə isə ölənlərdən 10-u polis, 7-si isə mülki şəxslərdir.

Başqa bir məlumata görə isə Kabildə intiharçının özünü avtobusun ətrafında partlatması nəticəsində isə 6 hərbçi və 4 mülki sakin yaralanıb.
XS
SM
MD
LG