Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:24

Alma-Atı görüşündə İrana yeni təklif verilib


Catherine Ashton
Catherine Ashton
İran və aparıcı 6 dünya ölkəsi arasında Qazaxıstanda aparılan danışıqlarda növbəti görüşün apreldə geçirilməsi barədə razılıq əldə olubş

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton görüşdən sonra İranın Qərb ölkələrinin təklifinə müsbət cavab verəcəyinə ümidlə yanaşdığını bildirib.

O qeyd edib ki, bu təkliflərə İranın onları araşdırmasından sonra aydınlıq gətiriləcək.

Ashton bildirib ki, növbəti görüş aprelin 5-6-da yenə də Alma-Atıda keçiriləcək.

İran nümayəndə heyətinin rəhbəri Saeed Jalili indiki təkliflərin əvvəlkilərdən daha real olduğunu deyir.

Həmçinin İranın xarici işlər naziri Ali Akbar Salehi Vyanada çıxış edərkən razılaşma əldə olunacağına nikbin yanaşdığını deyib.
XS
SM
MD
LG