Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44
-

Səbail rayonda fəaliyyət göstərən sahibkarlar icra hakimiyyətindən Novruz bayramında məcburi köçkün, şəhid və aztəminatlı ailələrə sovqat alınması ilə bağlı məktub alıblar.

Bu barədə AzadlıqRadiosuna «Əli və Nino» kitab evinin rəhbəri Nigar Köçərli məlumat verib.

«Bizim kitab evinin «Əli və Nino» kafesinə icra başçısının müavini Yavər Allahverdiyevin imzası ilə təsdiq olunan məktub verilib. Məktubu gətirənlər bizə dedilər ki, əgər pul vermək istəmirsinizsə siyahıda yazılan ərzaq məhsullarını ala bilərsiniz».

Nigar Köçərlinin facebook profilində paylaşdığı həmin məktubda qeyd olunur ki, «qarşıdan gələn Novruz bayramı münasibəti ilə rayonda yaşayan 3500-ə yaxın şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə, yataqxanalarda məskunlaşan məcburi köçkünlərə, Çernobıl əlillərinə, tənha insanlara, yataq xəstələrinə, bu qəbildən olan aztəminatlı ailələrin hər birinə 5 kiloqram un, 3 kiloqram düyü, 3 kiloqram şəkər tozu, 1 litr bitki yağı, yarım kiloqram çay olmaqla ərzaq bağlamasının verilməsi nəzərdə tutulub. Keçiriləcək xeyirxah tədbirdə sizin təşkilat tərəfindən 20 ailəyə bayram sovqatının verilməsi xahiş olunur».

«BELƏ MƏKTUB BİZƏ ÖTƏN İLLƏRDƏ DƏ GƏLİB...»

Nigar Köçərli

Nigar Köçərli

Nigar Köçərli belə bir məktubun yalnız onlara deyil, rayon ərazisində fəaliyyət göstərən digər irili-xırdalı bütün sahibkarlıq subyektlərinə göndərildiyini deyir.

«Mən o məktubu internetdə yerləşdirəndən sonra xeyli sahibkar zəng edib təşəkkürünü bildirdi. Səbaildə yerləşən həm kiçik, həm də iri müəssisələrin hamısı bu məktubu alıb. Belə məktub bizə ötən illərdə də gəlib. Bir dəfə bizim əməkdaş məndən xəbərsiz gələnlərə 50 manat verib. Bunu biləndən sonra onu cəzalandırdım. Mənim istənilən məbləği ödəmək fikrim yoxdur.

Dövlətin sosial müavinətlərlə bağlı böyük büdcəsi var. Bəs görəsən bu büdcə hara xərclənir. Yardım etmək hər kəsin vicdan borcudur, amma yeyilən pulların təmizə çıxarılmasında biz niyə iştirak etməliyik...».

İCRA HAKİMİYYƏTİ: HƏR İL BELƏ MƏKTUBLAR GÖNDƏRİRİK

Səbail rayon İcra Hakimiyyətindən sahibkarlıq subyektlərinə məktub göndərilməsi faktını təsdiqləyiblər. İcra Hakimiyyətindən AzadlıqRadiosuna deyilib ki, onlar hər il sahibkarlara belə bir məktub ünvanlayaraq, onları aztəminatlı ailələrə yardım kampaniyasında könüllü iştiraka dəvət edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG