Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:53

Xocalını belə tanıtdılar [Video]


Budapeştdə aksiya
Budapeştdə aksiya
-
Ötən ilin dekabrında Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Macar Gəncləri Təşkilatının üzvləri Xocalının işğalının 21-ci ildönümü münasibətilə fevralın 26-da Budapeştin mərkəzindəki Qəhrəmanlar meydanında aksiya keçirib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.

Aksiya iştirakçıları şəhər sakinlərinə Xocalıda törədilən vəhşiliklər barədə məlumatlar verib, buklet, kitab, və disklər paylayıblar.

Xəbərdə vurğulanır ki, 3 saata yaxın davam edən aksiyaya macarlar böyük maraq göstəriblər. Erməni silahlılarının dinc azərbaycanlı sakinlərə, qadınlara, qocalara və uşaqlara qarşı törətdikləri vəhşiliklər macarlarda böyük hiddət doğurub.

Aksiyanın sonunda iştirakçılar Qəhrəmanlar meydanında şamlarla «Xocalı» yazıb, «Xocalıya ədalət», «Ruanda, Xocalı və Serebrinitsa – UNUDULMASIN» və s. şüarlar səsləndirib.

XS
SM
MD
LG