Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Azərbaycanın Fransadakı səfirliyi rəsmi Parisə nota verdi


-
Azərbaycanın Fransadakı səfirliyi diaspor üzvlərinin döyülməsi ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, daha bir nota Fransa Milli Assambleyasına təqdim olunacaq:

«Bu, ciddi cinayətdir. İstəyirik ki, Fransa parlamentinin üzvləri baş verən hadisəyə qiymət versinlər».

Fevralın 26-da Fransa Milli Assambleyasında «Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər» mövzusunda yığıncaq keçirilib.

Yığıncaqda Sumqayıt hadisələri zamanı ölən ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən Parisdəki «Azərbaycan evi»nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. Mirvari Fətəliyeva əsl genosidin - Xocalı faciəsinin məhz fevralın 26-da baş verdiyini bəyan edib. Bu sözlər erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını döyüblər. Xəstəxanaya çatdırılan Mirvari və Vüsal həkim müayinəsindən keçiriliblər. Həkimlər iki qabırğası sındırılan Vüsalın vəziyyətinin ağır olduğunu bildiriblər.
XS
SM
MD
LG