Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

Stalinin «saatlı bombaları»


Türkmənistanda parkda Stalinin ölümünün 60 illiyi ilə bağlı plakat
Türkmənistanda parkda Stalinin ölümünün 60 illiyi ilə bağlı plakat
-
SSRİ dağılanda bu məkandakı milli münasibətlərə bəziləri “saatlı bombalar” deyirdi və hesab edirdilər ki, bu “saatlı bombaları” Stalin qoyub. Çünki SSRİ məkanında sərhədləri, yaranan vəziyyəti onun milli siyasəti müəyyən edib.

STALİN ABXAZİYADA “SAATLI BOMBANI” NECƏ QOYUB?

Abxaziyalı Nikolai Khasigin 81 yaşı var. O, 1932-ci ildə Suxumidə anadan olub. Onun bir yaşı olanda Stalin Abxaziyanın qısa müddətli müstəqilliyini əlindən aldı və Abxaziyanı Gürcüstanın tərkibinə qatdı.

1936-cı ildə o vaxt Transqafqaz regionun rəhbəri Lavrenti Beria Abxaz lideri Nestor Lakobanı Tbilisidə öz evində nahara dəvət etdi və Lakoba qonaqlıqdan salamat çıxmadı. O qəflətən öldü. Rəsmi olaraq o, guya ürək tutmasından ölüb. Ancaq o vaxtdan indiyə kimi şübhələr var ki, Stalinin inqilabi siahdaşı Lakobanı zəhərlədilər.

1937-ci ildə isə repressiyalar başlandı. Abxaziya hökuməti bütünlüklə həbs olundu. Məhkəmə şouları düzəldildi.

Sonralar əldə olunan sənədlərə görə, Beriya onların edamına məhkəmələr hələ başlanmamış əmr veribmiş.

Daha sonra elmi əsərlər meydana gəldi ki, abxazlar əslində ayrıca xalq deyillər, onlar gürcü əsillidirlər.

Khasig deyir: “Belə zorakılığı, belə alçaltmanı, belə ələ salmanı, belə genosidi bizim xalq heç vaxt görməmişdi”

1941-1945-ci illlərdə müharibə dövründə proses səngidi, ancaq müharibə qurtaranda Abxaziyada 1930-cu illərdə başlanmış Işlər davam etdi.

Khasig: “1945-ci ildə müharibə qurtarandan sonra abxaz dilində məktəblər bağlandı və assimilyasiya siyasəti başlandı. Bizim uşaqlar gürcü dilini öyrənirdi və bizim dilimizdə bir söz belə bilmirdilər.”

SSRİ DAĞILAN KİMİ....

SSRİ dağılanda, bu buxovlar sınan kimi Abxaziyada müharibə başlandı.

Rusiya hərbçilərinin kömək etdiyi abxaz separatçıları 240 min gürcünü Abxaziyadan qovdu. Abxaziya müharibəsində 8 min adam öldü.

2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın de-facto müstəqiliyini Rusiya tanıdı. Beynəlxalq aləmin əksəriyyəti Abxaziyanı Rusiyanın işğal etdiyi region hesab edir.

Khasig deyir ki, indi Abaziya “Rusiyanın müstəmləkəsidir”.

Beləcə, Abxaziyadakı kimi, Cənubi Osetiyada, Acarıstanda, Moldovada Dnestryanı regionda və yaxud Krım tatarlarının ya çeçenlərin indiki problemləri vaxtilə xalqları milyonlarla köçürən, sərhədlərin içində sərhədlər çəkən siyasətin nəticələridir.
SSRİ dağılıb, ancaq bu etnik müanqiçələr indiki müstəqil dövlətlərin iqtisadi, eləcə də siyasi inkişafına əngəldir.

Radiomuzun müxbiri Robert Coalson yazır ki, vaxtilə ABŞ-ın Dövlət Departamentində Dövlət katibi James Bakerin Sovet xalqları üzrə müşaviri olan Paul Goble-un sözlərinə görə, Moskva Yerevanla Bakı arasında hakim rolunu möhkəmlətmək üçün Dağlıq Qarabağ Azərbaycana verilib.

Robert Coalson yazır ki, Harvard universitetindən Terry Martinin fikrincə, Dağlıq Qarabağ “türk azərilərə” Türkiyəni razı salmaq üçün verilib, çünki o vaxt geopolitik baxımdan SSRİ kövrək idi.

Coalson yazır ki, Rusiyalı etnoqraf Anatoly Yamskovun fikrincə isə, qərar, yəni Dağlıq Qarabağın Azərbaycanda olması, ona görə verilib ki, çobanlar yuxarı və aşağı otlaqlar arasında hərəkət edəndə respublikaların sərhədlərini keçmək lazım gəlməsin.

EKSPERTLƏR

ABŞ-ın Ordu Kollecinin milli təhlükəsizlik üzrə prtofessoru, Stalinin milli məsələlər üzrə xalq komissarı olduğu dövr haqda kitabın müəllifi olan Stephen Blank hesab edir ki, Stalin bütün xalqları bir sosialist dövlətində tam inteqrasiya olunmuş etmək istəyirdi, onun səhvi onda idi ki, o, bununla milli məsələnin həll olunacağını düşünürdü.

Harvard Universitetinin Rusiya və Avrasiya Tədqiatları üzrə Davis Mərkəzinin direktoru Terry Martin isə hesab edir ki, “ onlar, yəni kommunistlər etnik münaqişə yaratmaq üçün nəsə ediblərsə, bu, etnik sərhədlərin qoyulmasıdır. Bu sərhədlərdən sonra 1920-ci illərdə sərhəd boyu etnik mobilizasiyalar yarandı. Xalqlar onlara ayrılan sərhədlərin içini doldurmağa başladı. İndiki müasir millətlərin bir çoxu, xüsusilə Orta Asiyada bu sərhədlərdə yaşamırdı”.

Terry Martin onu da qeyd edir ki, SSRİ dağılandan sonra münaqişələrdə ölənlər nə qədər çox olsa da bu, digər nəhəng imperiyalar dağılanda ölənlərin sayından azdır.
Ancaq onun fikrincə, bu, SSRİ-nin nailiyyəti deyil. Sadəcə olaraq belə müqayisə düzgün deyil.

O bunu belə izah edir: “SSRİ-nin dağılmağını Britaniya imperiyasının Hindistanda dağlmağı ilə müqayisə etmək , mən deyə bilərəm ki, Rusiya imperiyasının Qazaxıstanda dağılmağı ilə SSRİ-nin Qazaxıstanda dağılmağını müqayisə etməkdir." “

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG