Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

Yardımlıya yardım varmı? [Video]


Əslən Yardımlıdan olan hüquqşünas Əlövsət Əliyev, jurnalist Mürtəza Bünyadov və yerli sakinlər rayonun problemləri haqda danışırlar.

-


«Yardımlıda narkotik istifadəçilərinin sayı günü-gündən artmaqda davam edir».

Hüquqşünas Əlövsət Əliyev deyir ki, Yardımlıda çox ciddi problemlər mövcuddur, amma bu problemlər tək Yardımlıya aid deyil:

«Yardımlıda hal-hazırda ən ciddi problem təhsil problemidir. İran İslam Respublikası ilə sərhədlər açıldıqdan sonra Yardımlıda təhsilin göstəricisi çox aşağı düşüb...».

Əlövsət Əliyevin fikrincə, rayonda qadınlara qarşı qeyri-normal münasibət var:

«8-9-cu siniflərdən sonra qızların oxumasına icazə verilmir, bu yaşlarda məktəbdə təhsil alan şagirdlər yalnız oğlanlar olur. Onların oxuması üçün isə lazımi şərait yoxdur. Şagirdlər xarici dilləri, ümumiyyətlə, öyrənə bilmirlər. Yardımlıdakı məktəblərdə xarici dil müəllimi tapmaq müşkül məsələyə çevrilib...».

Növbəti əsas problemlər siyahısında hüquqşünas yol problemi, qaz və suyu qeyd edir:

«Şamaxı, Quba, Qusar və s. bölgələrdə prezidentə, onun ətrafına və məmurlara məxsus evlər var. Buna görə də həmin ərazilər asfaltlanır. Yardımlının bu baxımdan bəxti gətirməyib. Yardımlıda məmurlara məxsus mülklər olmadığı üçün yolların vəziyyəti bərbaddır...».

«STATİSTİKA SAXTALAŞDIRILIR»

Yardımlıda insanların sosial rifah səviyyəsinin aşağı olduğunu bildirən Əlövsət Əliyev sosial yardım alanlara dair statistikaların saxtalaşdırıldığını deyir:

«Yoxsulluğun azaldılması proqramının tətbiqinə görə Yardımlıda insanların vəziyyətinə dair statistikalar saxtalaşdırılır. Bu saxtalaşdırmaya ünvanlı sosial yardımlar da aiddir. Bu da onunla əlaqəlidir ki, sosial yardım alanların sayı nə qədər çox olarsa, yoxsulluğun azaldılması proqramı bir o qədər puç olur...».

Əslən Yardımlı rayonundan olan jurnalist Mürtəza Bünyadov bildirir ki, ölkə başçısı hara gedirsə, yalnız orada bir az abadlaşma gedir, digər bölgələrdə isə bu «inkişaf» hiss olunmur:

«Çox təəssüf ki, prezident rayonların inkişafına dair tapşırıqlar versə də, onlar icra olunmur...».

Mürtəza Bünyadovun fikrincə, Yardımlı rayonu dövlət qayğısından məhrumdur:

«Yardımlı kənd təsərrüfatı rayonudur. Regionların inkişafına dair proqrama görə, Yardımlıda kənd təsərrüfatının inkişafı üçün yardımlar ayrılmalıdır, amma biz bunu görmürük. Yardımlıda əkinçilik çox çətin vəziyyətdədir, dirçəltmək üçün dövlət yardımı lazımdır, amma bunun üçün heç nə edilmir...».

Jurnalist deyir ki, Yardımlı həm də turizm baxımından ən əlverişli bölgələrdəndir. Amma turizmi inkişaf etdirmək üçün lazımi investisiyaların qoyulması zəruridir:

«Yardımlıya sonuncu dəfə Deman yolunun bərpası üçün 5 milyon manat ayrılıb. Amma bu nəyə bəs edər? Qaz, su və s. primitiv problemlər varkən bu yolun bərpası üçün bu qədər pulun ayrılması nə qədər düzgündür?...».

Şərhləri göstər

XS
SM
MD
LG