Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Apreldə televiziyaların milli peyklə yayımına başlanacaq


«Apreldə bütün Azərbaycan telekanallarının yayımının «Azerspace-1» peyki vasitəsi ilə həyata keçirilməsinə başlanacaq».

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir qeyd edib ki, martın 1-dən peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək.

Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1» fevralın 8-də orbitə çıxarılıb.

Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.

Nazirin dediyinə görə, may ayından peykin kommersiya fəaliyyətinə başlanacaq.

«Azerspace-1»in tikintisi, onun sığortalanması, orbitə buraxılması və yerüstü infrastrukturun yaradılmasına ümumilikdə 230 mln. dollar xərclənib».

İkinci telekommunikasiya peykinin orbitə çıxarılması 2016-cı ilə planlaşdırılıb.
XS
SM
MD
LG