Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:11

«Hərb və Sülh» bir daha ekranlaşdırılacaq


«Hərb və sülh» əvvəllər dəfələrlə ekranlaşdırılıb.

«Hərb və sülh» əvvəllər dəfələrlə ekranlaşdırılıb.

-
BBC Leo Tolstoy-un (Lev Tolstoy) 1812-ci il müharibəsindən bəhs edən «Hərb və Sülh» romanını ekranlaşdıracaq.

Xəbəri «BBC News» yayıb.

Yeni ekran işinin hərəsi 1 saat sürən 6 seriyadan ibarət olacağı bildirilir.

Filmin ssenarisini Andrew Davies yazacaq.

Film 2015-ci ildə «BBC One» kanalından göstəriləcək.

Filmdə hansı aktyorların baş rollarda çəkiləcəyi barədə məlumat verilmir.

Filmin rejissoru Andrew Davies bu əsərə müraciəti belə əsaslandırıb:

«Bu, təkcə oxunaqlı möhtəşəm roman deyil, həm də gözəl serialdır. Həyəcanverici, gülməli və ürəkləri oxşayan sevgi, savaş və ailə dastanıdır. Xarakterlər çox təbii və insanidir - onları rahatca anlamaq olur. Natasha Rostova ədəbiyyatın ən sevimli qəhrəmanı kimi Lizzie Bennet-ə (ingilis yazıçısı Jane Austen-in romanının qəhrəmanı) qalib gəlir» .

«Hərb və sülh» əvvəllər dəfələrlə ekranlaşdırılıb.

Elə BBC-nin hazırladığı 20 seriyalıq bir versiya 1972-ci ilin sentyabrından 1973-cü ilin fevralınadək tamaşaçılara təqdim olunub.

17 saat sürən bu versiyada Pierre Bezukhov-u Anthony Hopkins canlandırırdı.

«Hərb və sülh» romanı əsasında Sovetlər dönəmində --1965-67-ci illərdə (rejissor Sergei Bondarchuk) çəkilən 4 seriyalı film daha böyük əks səda doğurub.

1969-cu ildə film «Ən yaxşı xarici film» nominasiyasında «Oscar» alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG