Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:05

Nigar Yaqublunun şikayəti təmin olunmadı


-
Fevralın 26-da Sumqayıt Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun şikayətinə baxılıb.

N.Yaqublunun vəkili Elton Quliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və şikayəti təmin etməyib.

Vəkil bildirib ki, onlar bu mərhələdən sonra Ali Məhkəməyə kasasiya şikayəti verməyi planlaşdırırlar.

N.Yaqublu ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək məhkum olunub. Ötən il dekabrın 19-da Abşeron rayon Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hazırda onun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu da həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG