Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

Azərbaycanda ixracın 94%-i enerjidaşıyıcıların payına düşür


-
Bu ilin yanvar ayında Azərbaycandan aparılan ixrac əməliyyatlarının böyük hissəsi xam neft, neft məhsulları və təbii qazın payına düşüb.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, ötən ay ixracın ümumi həcmi 1 milyard 922 milyon 709 min dollar təşkil edib ki, bunun 84.77%-ni xam neft, 4.47%-ni neft məhsulları, 4.71%-ni isə təbii qaz təşkil edib.

Ötən ilin yanvar ayı ilə müqayisədə təbii qazın ixracı 79.93%, xam neft ixracı 2.86% artıb, neft məhsullarının ixracı isə 14.2% azalıb.

İxracda payına görə sonrakı yerləri bitki və heyvan mənşəli yağlar tutur (1.63%), şəkər (0.54%), meyvə-tərəvəz (0.53%), alüminium və ondan hazırlanan məmulatlar (0.42%) tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG