Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:36

Gənclərin təşkilatları üçün müsabiqə elan edilir


Arxiv foto
Arxiv foto
-

Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazirlik tərəfindən gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbuluna başlanılıb:

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasında iştirak.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Layihələr 2013-cü ilin fevral ayının 25-dən mart ayının 19-dək nazirliyin Ekspert - Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.
XS
SM
MD
LG