Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

«Xəzər Lənkəran»ın baş məşqçisi istefa verib


«Xəzər Lənkəran» klubunun baş məşqçisi Carles Martorell Baques istefa verib. Bu barədə məlumatı AzadlıqRadiosuna klubun mətbuat katibi Yalçın Əliyev verib.

Onun sözlərinə görə, ispaniyalı mütəxəssisin istefasına səbəb klubun liqada uğursuz çıxışı olub.

Baques Topaz Premyer Liqasının XXI turunda «Qəbələ» klubuna 0:2 hesablı səfər məğlubiyyətindən sonra getmək istədiyini açıqlayıb. Klub rəhbərliyi də onun istefasını qəbul edib:

«Çünki klubun vəziyyəti yaxşı deyil, ilk altılığa düşmək çətinləşib».

Yalçın Əliyev hələlik yeni baş məşqçinin müəyyənləşmədiyini deyib. O bildirib ki, klubu növbəti oyunlara köməkçi məşqçilər Eric Roketa ilə Emin Quliyev hazırlayacaq.

Carles Martorell Baques «Xəzər Lənkəran»a noyabrdan məşqçilik edirdi.
XS
SM
MD
LG