Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:00

Layihədə Azərbaycan kulinariyasının inkişafı və qorunması, eləcə də yemək mədəniyyəti əks olunacaq.

Bu barədə AzadlıqRadiosuna Milli Məclisin üzvü Nizami Cəfərli məlumat verib. Onun sözlərinə görə, Parlamentin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayevanın hazırladığı layihənin əsas məqsədi Azərbaycan kulinariyasının qorunmasıdır.

Millət vəkili bildirib ki, bu layihəyə Azərbaycan Kulinariya Mərkəzinin hazırladığı milli yemək standartı da əlavə oluna bilər:

«Bütün dünyada olduğu kimi Azərbaycanda da klassik yemək standartları müəyyənləşdirilməlidir. Məsələn, plovun, pitinin, kababın hazırlanması standartları hazırlanır və pasportlaşdırılır. Milli yemək standartı, məsələn, plovun tərkibində nə qədər düyü, ət, yağ olduğunu müəyyənləşdirəcək».

Nizami Cəfərlinin fikrincə, yeni qanun layihəsi həm də Azərbaycan kulinariya mədəniyyətinin tarixini anlamaq baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyev də çıxışlarının birində yemək məsələsinə toxunmuşdu. O, yerli televiziyalarda olduqca yağlı yeməklərin hazırlanması haqda danışmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG