Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:25

Ağ Ev Azərbaycanla bağlı petisiyalara cavab verib



Ağ Ev saytında Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət ayrılması və Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı iki petisiyaya cavab verib.

Cavabda bildirilir ki, ABŞ prezidenti Barack Obama petisiyada qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama verməyəcək. Lakin Amerika Birləşmiş Ştatları Azərbaycanla Ermənistan arasında baş verən müharibədə verilən faciəli itkilərə dərindən təəssüflənir:

«Bu bizə bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və yalnız davamlı sülh danışıqları bölgəyə sabitlik, çiçəklənmə və barışıq gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə sülh istiqamətində işləməyə davam edəcək».

Ağ Evin saytında yerləşdirilmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyaya 105 mindən artıq, Xocalı faciəsi ilə bağlı petisiyanı isə 126 mindən çox insan imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG