Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Xocalı faciəsinin 21-ci ildönümüdür - [Video]


Xocalı faciəsinin 21-ci ildönümüdür
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Xocalı faciəsinin 21-ci ildönümüdür

-
GƏNCLƏR TƏŞKİLATLARI «XOCALI» ABİDƏSİNİ ZİYARƏT EDİB

AzadlıqRadiosunun əməkdaşının məlumatına görə, «Nida» Vətəndaş Hərəkatı, «İrəli», «Azad Gənclik», «Dalğa», «Müsbət Dəyişiklik» təşkilatları Xocalı abidəsini ziyarət ediblər.

İCTİMAİ PALATA DA «XOCALI» ABİDƏSİNİ ZİYARƏT ETDİ

İctimai Palatanın və REAL Hərəkatının üzvləri də «Xocalı» abidəsini ziyarət ediblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də daxil olmaqla, İctimai Palatanın Koordinasiya Şurası «Xocalı» abidəsini ziyarət edib.

AzadlıqRadiosu əməkdaşının məlumatına görə, İctimai Palatadan əvvəl isə abidəni Məşvərət Məclisinin üzvləri ziyarət edib.

XOCALI FACİƏSİNİN 21-Cİ İLDÖNÜMÜ

Xocalı faciəsinin 21-ci ildönümüdür.

Prezident İlham Əliyev Bakıda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış «Xocalı» abidəsini ziyarət edib. Mərasimdə Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coskun və Belarusun səfiri Nikolai Patskevich də Bakıda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edənlər arasındadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib.

Əməliyyat zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.

Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.

Hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG