Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Depardieu Çeçenistanda film çəkmək istəyir


Bu yaxınlarda Rusiya vətəndaşlığı alan fransız aktyoru Gerard Depardieu Qroznıda deyib ki, o, Çeçenistanda film çəkmək istərdi.

Qroznıda mətbuat konfransında o, Çeçenistan lideri Ramzan Kadırovu “öz dostu” adlandırıb və deyib ki, bir şəxsin Qroznını 5 ilə belə dirçəltməsi onu valeh edib.

Kadırov insan haqları pozuntularına görə, beynəlxalq təşkilatların daima tənqid hədəfidir.

Depardieu Moskvanın 650 km-liyində olan Saransk şəhərində yaşayış qeydiyatına düşüb.
XS
SM
MD
LG