Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:01

Gəncədə 6 kq narkotik maddə saxlamaq istəyən tutuldu


Şəmkir rayon sakini Gəncədə 6 kiloqram narkotik maddə satmaq istəyərkən saxlanılıb.

Bu barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsindən veriblər.

Məlumata görə, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Arzuman Qurbanov 6 kilo 150 qram marixuananı Gəncədə satmaq istəyərkən şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Məlumata görə A. Qurbanov əvvəllər cinayət məcəlləsinin 177.2.1 (oğurluq) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
XS
SM
MD
LG