Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Elşad Abdullayevin videolarına görə daha bir nəfər Prokurorluğa çağırılıb


-
Sabiq Binəqədi rayon icra başçısı Alı Qocayev Bakı şəhər Prokurorluğunda istintaqa ifadə verib.

Hazırda Samuxun icra başçısı Alı Qocayev E.Abdullayevin «əsassız» iddiaları ilə bağlı istintaqa çağırıldığını söyləyib.

APA-nın suallarını cavablandıran A. Qocayev əlavə edib ki, E.Abdullayevin onunla bağlı mətbuata ötürdüyü məlumatlar həqiqətəuyğun deyil:

«Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov vasitəsilə ona çemodanda pul göndərməyim haqda yalan məlumatlar yayıb. Böhtan xarakterli məlumatlarla gündəmə gələməyə cəhd edib».

Alı Qocayev bildirib ki, onun nə E. Abdullayevlə, nə də İlham Piriməmmədovla yaxın münasibətləri olub:

«Elşad Abdullayevin mənim barəmdə həqiqətəuyğun olmayan, böhtan xarakterli məlumatlar yaymasının səbəbi onun Binəqədi rayonundan deputat seçilə bilməməsidir. Çünki həmin həmin dövrdə mən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdim».

Alı Qocayev Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun qudasıdır.
XS
SM
MD
LG