Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:24

Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq


Bakıda Xocalı prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospekti, «Ana fəryadı» abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG