Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:50

Yağmursuz hava gözlənilir


Fevralın 25-i Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 7-10° isti olacaq.

Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG