Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:24
Əfqanıstan prezidenti Hamid Karzai müdafiə nazirliyinə Vardak əyalətindəki ABŞ qüvvələrinin 2 həftə ərzində çıxarılmasını göstəriş verib.

Prezidentin mətbuat katibi Aymal Faizi bildirib ki, qərar Milli Təhlükəsizlik Şurasının bazar günü keçirilən iclasında qəbul edilib.

Faizi Kabildə keçirilən mətbuat konfransında ABŞ-ın xüsusi təyinatlı qüvvələri və onların əfqan birləşməsini əyalətdə etimadsızlıq və qeyri-sabitlik yaratmaq , yerli sakinləri narahat etməkdə günahlandırıb.

O qeyd edib ki, ABŞ qüvvələrinin əyalətdə keçirdiyi əməliyyatlar zamanı 9 adam itib.
Əfqan birləşmələri isə yerli universitet tələbəsinin qətlində ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG