Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:38

Avropanın «evini yıxan» Azərbaycan jurnalistləri - [Video]




Facebook-dan birbaşa şərh yaz

«Almaniyada həkimlər arasına korrupsiya halları artmaqdır».

«Fransada liftlərin böyük əksəriyyəti qəza vəziyyətindədir»

«İspaniyada işsizlik rekord həddə çatıb»

AzTV ekranlarında acınacaqlı Avropa mənzərəsinin arxasında nə durur?

Obyektiv məlumat, rəsmi Bakının Avropa tənqidlərindən qıcıqlanması, yoxsa pis fonda yaxşı görünmək cəhdi?

Azadlıq FM-də AGAT sərinin müavini Nərgiz Xələf və NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı Avropanın Bakıdan görünən mənzərəsinə fərqli baxışlarla çıxış ediblərr:



Nərgiz Xələf:

- Ən düzgün yol Avrointeqrasiya modelidir. Coğrafi mövqeyimiz elədir ki, hansı tərəfə baxsaq ən inkişaf etmiş model Avropadır. Azərbaycan gənci öz modelini avropalıdan götürür. Avropaya inteqrasiya nə sırf avropalı, nə də sıx millətçi olmaq deyil. Bütün sahələrdə Avropa modeli labüd modeldir.

- AzTV-də Avropa ilə bağlı səslənən fikirlər statistik məlumatlardır. Avropa Azərbaycan üçün modeldir.

- Avropaya inteqrasiya sistemli şəkildə olmalıdır. Azərbaycanda rüşvətin olduğunu heç kim inkar etmir, amma bizim təşkilat çalışır ki, ölkədəki rüşvət problemi həll edilsin.

- Ölkədəki problemlər haqda danışmaq yox, real işlər görmək lazımdır...

Zaur Qurbanlı:

- Azərbaycan feodal dövlətdir. Burdan durub Avropada iqtisadi böhranı müzakirə etmək gülüncdür. Azərbaycan feodallar tərəfindən idarə edilir. AzTV kimi beyin yuyan kanalları insanları qorxu altında saxlamağa cəht edir. Azərbaycan heç bir sahədə Avropaya yaxınlaşa bilməyib.

- Almaniyadan fərqli olaraq Azərbaycan səhiyyəsində rüşvət problemi var. Demək olar ki, xəstəxanaların hamısında rüşvət alırlar.

- Üstəgəl, hər il minlərlə insan müalicə üçün Azərbaycandan İrana gedirlər. Nəzərə alsaq ki, İran səhiyyəsi hələ Avropa səhiyyəsindən geri qalır.

- Səhiyyəsi bərbad olan dövlət Avropada vəziyyətin ağır olduğunu iddia edir.

Almaniyada təhsil alan tələbə Ayaz Əsədov:

- Mən Almaniyada magistr təhsili alıram. Mən Almaniyada daha çox müsbət hadisələrin şahidi olmuşam. AzTV-də Almaniyadakı təhsillə bağlı səslənən fikirlər qlobal problemlərlə birlikdə gəlib. Avropada təhsilin səviyyəsi yüksəkdir, amma bəzən keyfiyyət məsələsində yüksək səviyyə hiss olunmur.

16 ildir Almaniyada yaşayan azərbaycanlı Qurban Dağlı:

- Səmimi deyim ki, AzTV-nin Almaniya ilə bağlı reportajlı eşidəndə gülüş doğurub. Mən yaşadığım illərdə nə rüşvət vermişəm, nə də məndən rüşvət tələb ediblər. Almaniyada icbari sığorta var. Məhz bu sığortaya görə həkimlərə rüşvət vermək imkanı demək olar ki, yoxdur.

- Son 2-3 ildə Azərbaycandan Almaniyaya tibb fakultələrində təhsil alan azərbaycanlı tələbələr var. Əgər Almaniyada problemi varsa niyə tələbələr Almaniyaya təhsil dalınca gəlirlər?

Verlişi tam dinləmək üçün:


Şərhləri göstər

XS
SM
MD
LG