Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15
Müsavat Partiyasının Qərb regionu üzrə kuratoru Cahangir Əmirxanlı fevralın 24-də polisə çağırılıb.
Əvvəlcə onu Kəpəz, sonra isə Gəncə şəhər polis idarəsinə aparıblar.

Bu barədə AzadlıqRadiosuna Cahangir Əmirxanlının özü məlumat verib.

O polisə “Yeni Müsavat” qəzetini 23 fevral sayında dərc olunmuş “Gənc – gözəl diyar, kasıb şəhər...” məqaləsinə görə çağırıldığını deyir.
Həmin yazıda yerli icra strukturlarının fəaliyyəti tənqid olunub.

Polisdə ona qərəzli olduğunu deyiblər.
Cahangir Əmirxanlı isə mövcud problemlərdən yazdığını deyib.

İki saat sorğu-sual və xəbərdarlıqdan sonra o sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG