Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

İ. Əliyev İranın Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib


-
Fevralın 24-ü prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xəbəri president.az saytı yayıb.
Prezident deyib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi baxımından mühüm addım olacağına əminliyini bildirib.
Səid Cəlili isə Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu bildirib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG