Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20

Gəncə müsavatçısı polisə çağırıldığını deyir


Müsavat partiyasının loqosu

Müsavat partiyasının loqosu

-

Fevralın 24-də Müsavat Partiyasının Qərb regionu üzrə kuratoru Cahangir Əmirxanlı polisə çağırılıb. Əvvəlcə onu Kəpəz rayon polis idarəsinə, sonra isə Gəncə şəhər polis idarəsinə aparıblar.
Bu haqda AzadlıqRadiosuna Cahangir Əmirxanlı məlumat verib.
Cahangir Əmirxanlı polisə “Yeni Müsavat” qəzetini 23 fevral sayında dərc olunmuş “Gənc – gözəl diyar, kasıb şəhər...” məqaləsinə görə çağırıldığını bildirib. Həmin yazıda yerli icra strukturlarının fəaliyyəti tənqid olunub.
Polisdə ona qərəzli olduğunu deyiblər.
“Mən dedim ki, heç bir qərəzdən söhbət gedə bilməz. Olan problemləri yazmışam. Etirazınız varsa, məhkəməyə verin”.
İki saat sorğu-sualdan sonra Cahangir Əmirxanlı buraxılıb. Ona xəbərdarlıq edilib.
XS
SM
MD
LG