Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

Bolqarıstanda etiraz nümayişləri keçirilib


Sofiyada nümayiş
Sofiyada nümayiş
Bu gün Bolqarıstanın şəhərlərində etiraz nümayişləri keçirilib.

Nümayişçilər kəskin iqtisadi tədbirlər və həyat səviyyəsinin ağırlığına etiraz bildiriblər.

Ötən eftə eyni tələblə keçirilən nümayişlər baş nazir Boyko Borisov və onun rəhbərlik etdiyi kabinetin istefası ilə nəticələndi.

Ölkə prezidenti Rosen Plevneliev Sofiyada nümayişçilərə bildirib ki, onların istəkləri yeni yaradılacaq hökumətdə nəzərə alınacaq.

Təkcə Sofiyada keçirilən nümayişdə 10 mindən çox adam iştirak edib.
Həmçinin Vama, Plovdiv və Dobrich şəhərlərində keçirilən aksiyalarda 30 minədək adam iştirak edib.

Bolqarıstan Avropa Birliyinə daxil olan ən kasıb ölkələrdən biridir.
XS
SM
MD
LG