Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12
-
Suriya müxalifətini təmsil edən Suriya Milli Koalisiyası Rusiya və Amerikada keçiriləcək müzakirələri də boykot edir.
Koalisiyanın açıqlamasında Rusiya prezidenti Vladimir Putin Bashar Assadi dəstəkləməkdə və silah-sursatla təmin etməkdə günahlandırılır.
Dünən isə müxalifət gələn ay Romada keçirilməsi planlaşdırılan Suriyanın dostları qrupunun toplantısında iştirak etməyəcəyini bəyan edib.
Milli Koalisiya bununla ölkədəki zorakılıqları susdura bilməyən beynəlxalq təşkilatlara etirazını bildirib.
Suriya Milli Koalisiyasının lideri Moaz al Katib 3 həftə əvvəl zorakılıqlara son soyulması üçün Suriyanın hakimiyyət nümayəndələri ilə görüşə hazır olduğunu bildirmişdi. Bunu Rusiya da olmaqla beynəlxalq aləm müsbət qarşılamışdı. Moaz al Katib Vaşinqton və Moskvaya dəvət edilmişdi. Müxalifət bu dəvətləri rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG