Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:39

Müsavatın Sumqayıt təşkilatı avadanlıqlarını tapa bilmir


Fəxrəddin Abbas
Fəxrəddin Abbas
-
Müsavat Partiyası Sumqayıt Təşkilatının ofisi boşaldılıb, avadanlıqların xeyli hissəsi hara aparılıb, məlum deyil.

Bu barədə AzadlıqRadiosuna təşkilatın sədri Fəxrəddin Abbas bildirib:

«Hələ məhkəmə bitmədən, ortalıqda qərar olmadan, həm də bizdən xəbərsiz qərargahımızın möhürlənmiş qapısını açıblar. Bütün avadanlıqlar daşınıb. Bizə məlumat verdilər ki, bəzi qeydiyyat sənədləri və seyf 9-cu mikrorayonun Mənzil İstismar İdarəsinin bir otağına yığılıb. Amma qalan avadanlıqlar - təxminən 70-ə yaxın stul, bir neçə stol, şkaf haradadır, bilmirik. Mənzil İstismar İdarəsindən soruşduq, xəbərsiz olduqlarını dedilər».

Fəxrəddin Abbas deyir ki, onların qərargahı 2011-ci ilin mayında - İctimai Palatanın Sumqayıt təşkilatını təsis etmək istədikləri gün bağlanıb:

«Həmin gün məni və daha bir neçə partiyanın təşkilat sədrini polisə apardılar. Daha sonra icra hakimiyyətinin nümayəndələri, polislər, mənzil istismar sahəsinin işçiləri qərargaha gəlib adamları çölə çıxararaq qapını möhürləyiblər».

Həmin vaxtdan Müsavat Partiyası məhkəməyə müraciət edib və proses hələ də davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətindən deyilənlərə hər hansı münasibət bildirmək istəmədilər.

Bu yaxınlarda Müsavat Partiyasının Lənkəran Təşkilatı da qərargahından çıxarılıb.
XS
SM
MD
LG