Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:43

“Fevralın 18-də keçirilmiş prezident seçkisində Serzh Sarkisian seçilməyib, Raffi Hovanisian qalib gəlib”

Armenia Today saytının məlumatına görə, bunu müxalifətdə olan birinci prezident Levon Ter Petrosian bu gün rəhbərlik etdiyi “Ermənistan Milli Konqresi” nin növbədənkənar sesiyasında deyib.

«Bu gün Ermənistanda hadisələr baş verir, amma hələlik yalnız xalqın hərəkətini görürəm.
Nəticələr birmənalıdır, Sarkisian seçilməyib, səslər onun xeyrinə saxtalaşdırılıb.
Raffi Hovanisian qalib gəlib-bu mənim şübhə eləmədiyim reallıqdır”, deyə Petrosian qeyd edib.

O əlavə edib ki, hazırda xalq etirazlarına rəhbərlik edənlərin hərəkətini görmür və əgər hadisələrin düzgün istiqamətdə getdiyini görsək, lazımi məqamda bu etirazlara qoşulmalıyıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG