Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:39

İraqda 2 tanınmış siyasi xadimə hücum edilib


Bu gün İraqda 2 yüksək səlahiyyətli siyasi xadimə hücum edilib.

Onlardan biri qubernator, digəri isə əyalət şurasından deputatlığa namizəddir.

İntiharçının Baakuba şəhərində törətdiyi partlayış nəticəsində qubernator Omar al Humairi yaralanıb, onun 2 cangüdəni həlak olub, 6-sı isə yaralanıb.

Bağdadın cənubunda törədilmiş partlayışda isə Babil əyalət şurasından deputatlığa namizəd Hassan Hadi al Janabi və onun iki qohumu ölüb.
XS
SM
MD
LG