Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:27

Tıxaca əlac olacaq təklif


Foto: Arxiv
Foto: Arxiv
-
«Azərbaycan» qəzeti Bakıda tıxac probleminin aradan qaldırılması ilə bağlı təkliflərin hazırlandığını yazır. Qəzet yeni təkliflərin qanunsuz parklanmanın qarşısının alınmasına yönəldiyini qeyd edir:

«Nəqliyyat Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi ilə birgə hazırladığı qanunsuz parklanmaya nəzarət sistemi nəqliyyat vasitələrinin parklanma qaydalarına nəzarəti gücləndirəcək. Qaydaların pozulması aşkarlandığı halda müvafiq sanksiyalar tətbiq olunacaq…».

TƏLƏBƏLƏRİN BOYKOTU

«Bizim yol» qəzeti ali məktəblərdə aksiya həyəcanının yaşandığını yazır. Qəzetə görə, sosial şəbəkələrdə tələbələrin fevralın 27-də dərsləri boykot edəcəyi barədə sosial şəbəkələrdə yayılan məlumatlardan sonra dekanlara tələbələrə xəbərdarlıq edib:

«Fevralın 27-də dərsə gəlməyən tələbə ağır cəza alacaq».

Qəzet yazır ki, «Azərbaycan tələbələrinin boykot günü» aksiyasının bir neçə tələbi var.

- Təhsildə rüşvətə köklü və birdəfəlik son qoyulsun,
- cavan kadrlar müəllim kimi işə cəlb olunsun,
- tələbələrin təkcə nəzəri deyil, eyni zamanda real və effektiv praktiki biliklərə yiyələnməsinə şərait yaradılsın,
- tələbələrin işlə təmin olunmasına dair effektiv universitet daxili mərkəzlər istifadəyə verilsin,
- dövlət sifarişli qəbul yerlərinin azalması tendensiyası dayandırılsın,
Azərbaycan Beynəlxalq Universiteti
Azərbaycan Beynəlxalq Universiteti
- təhsil haqları maksimum azaldılsın,
- nisbətən ağırlıqlı dərslər ilk kursların proqramına daxil edilsin (tələbəni kəsməyə deyil, tələbəyə təhsil verməyə istiqamətlənmiş bir sistem istəyirik).

ABU SÖKÜLÜR

«Azadlıq» qəzeti yazır ki, «Elşad Abdullayevin universitetini sökürlər».

Qəzet universitetin korpusunda icarəyə verilən firmaların yerlərindən çıxarıldığını qeyd edir:

«Elşad Abdullayevin sözçüsü bütün bunların son videodan sonra edildiyini deyir».

Qəzet Universitetin 50 milyon manat qiymətləndirildiyi yazır:

«ABU ölkədə ən böyük ərazisi olan təhsil müəssisələrindən biri olub. Onun 5 inzibati korpusu, 100 hektardan artıq torpaq sahəsi var».

GÖZƏL DİYAR, KASIB ŞƏHƏR

«Yeni Müsavat» qəzeti Gəncədən yazır.
Gəncə
Gəncə
«Gəncə-gözəl diyar, kasıb şəhər» yazısında qeyd olunur ki, «şəhərə Elmar Vəliyevin icra başçısı təyin edilməsi bu şəhərə özü ilə bərabər bir xof, bir repressiya qorxusu gətirdi…».

Qəzet şəhərdə işsizlər ordusunun yarandığını da qeyd edir.

ZİYALILAR FORUMU

«Yeni Azərbaycan» qəzeti Ziyalılar Forumundan yazır:

««Ziyalılar Forumu» adlanan qondarma qurumun üzvlərinin yalnız ali təhsilə malik olmalarına görə bu adı özlərinə götürmələri populizm, insanları aldatmaq, öz keçmişlərini və məlum dairələrə xidmətlərini pərdələmək cəhdlərindən başqa bir şey deyil».

Müəllif yazıda Ziyalılar Forumundakı ayrı-ayrı şəxslər barəsində tənqidi fikirlər səsləndirir. Rüstəm İbrahimbəyovu qoca yaşlarında siyasətə «kəllə vuran», Gültəkin Hacıyevanı vaxtilə xalqın böyük etimad göstərdiyi, amma həmin etimad müqabilində heç nə ilə yadda qalmayan, Rafiq Əliyevi siyasətdə «piyada» şəxs adlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG