Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

Suriya müxalifəti Moskva və Vaşinqtona dəvəti rədd edib


Suriyanın əsas müxalifət qrupu Moskva və Vaşinqtona dəvəti rədd edib.

Suriya Milli Koalisiyasının dünən yaydığı bəyanatda bunun beynəlxalq aləmin hərəkətsizliyinə cavab olduğu bildirilir.
Müxalifət hər gün raket zərbələri nəticəsində qədim Hələb şəhərinin məhv edildiyini bildirir.

Müxalifət koalisiyası “Suriyanın Dostları” qrupunun gələn ay Romada keçiriləcək görüşündə iştirakdan da imtina edib.

Müxalifət bundan əvvəl azad edilmiş rayonlarda hökumət yaradacağını bəyan edib.
Koalisiyanın nümayəndəsi bildirib ki, bu hökumət martın 2-də İstanbul görüşündə seçiləcək.

Koalisiya həmçinin Bashar Assadın istefa verəcəyi halda sülh danışıqlarına hazır olduğunu bəyan edib.

Bu arada Hələb şəhərinin yenidən havadan bombalandığı xəbər verilir.
Suriyalı hüquq müdafiəçiləri azı 29 adamın öldüyünü, 150 nəfərinsə yaralandığını xəbər verirlər.

BMT-nin məlumatına görə 2 illik Suriya münaqişəsində 70 min adam ölüb.
XS
SM
MD
LG