Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26

Azərbaycan və Ermənistanın müdafiə nazirləri görüşüb


Azərbaycanın müdafiə naziri Səfər Əbiyev (sağda) Ermənistan müdafiə naziri Seyran Ohanyan-la görüş zamanı.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev (sağda) Ermənistan müdafiə naziri Seyran Ohanyan-la görüş zamanı.

-



NATO-nun Brüssel görüşü çərcivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ermənistan müdafiə naziri Seyran Ohanyan-la görüşüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Hovanisianın sözlərinə görə, fevralın 22-də keçirilən görüş zamanı qoşunların təmas xəttində vəziyyət və atəşkəs rejiminin qorunması məsələləri müzakirə olunub.

Azərbaycanla Ermənistanın siyasi rəhbərləri arasında vaxtaşırı görüşlər olsa da müdafiə nazirlərinin görüşü nadir hadisələrdəndir.

1990-cı illərdə aralarında müharibəyə görə tərəflər hazırda münaqişə vəziyyətindədir. Azərbaycan öz ərazisinin 20 faizini erməni qoşunlarının işğal etdiyini deyərək sülh danışıqları nəticə verməsə münaqişənin hərbi yolla həlinin istisna olmadığını bildirir.

Tərəflər 1994-cü ildən bəri atışkəs elan ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG