Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

Tural Abbaslının işi qarışıq düşüb


-
Fevralın 22-də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının əmlakı üzərinə həbs qoyulduğu haqda məlumat alıb.

Gənc fəalın dediyinə görə, bu haqda ona işə baxan hakim Elman Əhmədov deyib. Ancaq az sonra onlara tamam başqa məlumat verilib.

«Biz vəkilimlə məhkəmə binasında gözlədiyimiz halda hakim işə bizsiz baxdığını söylədi. Mənə dedi ki, köməkçisi sizi tapa bilməyib. Amma ən maraqlısı odur ki, bir qədər əvvəl hakimin köməkçisi mənə zəng vurdu, dedi ki, sənədlər qarışıq düşüb. İşə fevralın 26-da axşam saatlarında baxılacaq. Mən heç nə anlamadım. Həmin hakim məni şəxsən tanıyır, mənə cəriməni də o, kəsib. Necə işi qarışıq sala bilərdi?».

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda keçirilən etiraz aksiyasında iştirakına görə 600 manat cərimələnib. Ancaq o, cəriməni ödəməkdən imtina edir. Fevralın 13-də Tural Abbaslının yaşadığı mənzilə gələn icra məmurları evdə olan əşyaları (televizor, DVD, televizor altlığı və çilçıraq) qeydə alıblar. Daha sonra həmin əşyaların üzərinə həbs qoyulması üçün məhkəmədə iddia qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG