Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

Naxçıvanda taksilərə taksometrlər quraşdırılır


Naxçıvan MR Nəqliyyat Nazirliyindən verilən məlumata görə, beynəlxalq təcrübəyə əsaslanan bu iş sürücü və sərnişin arasında narazılığın baş verməməsi məqsədilə aparılır.

Qiymətlər aşağıdakı kimi nəzərdə tutulub: taksiyə əyləşmək 50 qəpik; birinci 3 kilometrə qədər hər kilometr üçün 50 qəpik, 3-35 kilometr arası 25 qəpik, 35 kilometrdən sonra isə hər kilometr üçün 10 qəpik.

Qiymətlər Nəqliyyat Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanıb.
XS
SM
MD
LG