Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

Prezident Fəttah Heydərovu təltif edir


-
Prezident İlham Əliyev deputat Fəttah Heydərovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 23-də Fəttah Heydərovun 75 yaşı tamam olur.

Fəttah Heydərov 1938-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, Bakı Ali Partiya Məktəbini bitirib.

Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, Ordubad rayon Partiya Komitəsinin ikinci katibi, Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı olub.

1976-1978-ci illərdə Naxçıvanın əhaliyə məişət xidməti naziri postunu tutub. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvanın mədəniyyət naziri işləyib.

1990-1995-ci illərdə Naxçıvan Ali Sovetinin deputatı olub. 1995-ci ildən Milli Məclisin deputatıdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG