Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:09

Azərbaycan iş adamları Türkiyəyə 3,2 mlrd. avro yatırıb


Türkiyədə Mərdan Saray hoteli
Türkiyədə Mərdan Saray hoteli
Azərbaycan iş adamları Türkiyə iqtisadiyyatına 3,2 mlrd. avro yatırıb

Azərbaycanın iş adamları indiyədək Türkiyə iqtisadiyyatına ümumilikdə 3,2 mlrd. avro həcmində sərmayə yatırıblar.

Bu barədə «APA-Economics»ə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın bildirib.

Onun sözlərinə görə, bu göstəriciyə hazırda Türkiyədə iri layihələr reallaşdıran Azərbaycan Dövlət Neft Şirkətinin yatırdığı investisiyalar daxil deyil.

ATİB rəhbəri bildirib ki, azərbaycanlı iş adamlarının Türkiyəyə yatırılan investisiyaların 1 mlrd. avrosu kiçik və orta biznesə yönəldilib.

İnvestisiyaların tərkibində hotel və mehmanxanalar da böyük yer tutur.

C.Yanğın qeyd edib ki, hazırda Türkiyədə azərbaycanlı iş adamları tərəfindən yaradılan şirkətlərin sayı 900-ə çatır.

Azərbaycandan olan iş adamları Türkiyədə ticarət, turizm, istehsal, logistika, səhiyyə və digər sektorlarda fəaliyyət göstərirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG