Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:06

Filmin süjeti qalıb bir kənarda, başlayıblar ki, o vaxt "Halal" kolbasa yox idi...


Aqil Abbas

Aqil Abbas

-

…bunlar hələ evlənməyiblər niyə öpüşürlər; iraq ruhlarından, əşi bir qələtdi də eləyiblər, evlənməmişdən əvvəl öpüşüb milli mentalitetimizə zərbə vurublar… nə isə, at gəldi, örkən apardı…

Filmdəki hadisələr, süjet xətti, aktyor oyunu, uğurlu döyüş səhnələri, obrazlar, insanların yaşantıları, nakam sevgilər, gözəl operator işi, rejissorun uğurlu bədii həlli… bunlar qalıb bir kənarda.



Vahid Mustafayevin Xocalı qətliamı haqda çəkdiyi "Xoca" filmi ilə bağlı polemikaya yazıçı, millət vəkili Aqil Abbas da qoşuldu. (Onun romanı əsasında da savaş filmi çəkilib: "Dolu") Polemika Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatdan başlanıb.


Aqil Abbas


«XOCA» VƏ XOCA OLA BİLMƏYƏNLƏR


Olmayan yerdən ortada bir film var. Onlarla yaradıcı insanın minbir zəhməti hesabına başa gəlmiş, millətin çox böyük bir faciəsini özündə əks etdirən bir film. Özü də elə bir faciə ki, hələ də qanı qurumayıb və bu qan yalnız həmin o dəhşətli faciənin qurbanlarının şəhərində Azərbaycan Bayrağı dalğalananda quruyacaq.

Və bu film də o müqəddəs bayrağın həmin şəhərdə dalğalanması üçün yaradıcı insanların özünəməxsus mübarizəsinin təcəssümüdü.

Söhbət «Xoca» filmindən gedir. Hələ yarasından qan daman bir faciədən bədii əsər yazmaq, o faciəni ekranlaşdırmaq böyük bir cəsarət tələb edir. Çünki, uzaq keçmiş deyil. O faciəni yaşayanlar, o dəhşəti görənlər, o dəhşətli gecədə ən doğmalarını itirənlər… Onların hər biri də bu filmi öz ürəyincə qəbul edir və yaşayır, yaxud da qəbul etmir və bu filmlə yaşamır. Hamı bu filmdə nəyi isə, kimi isə axtarır və təbii ki, tapa bilmir və tapa bilməz də. Onda gərək 100 və bəlkə də daha çox serialı bir film çəkəsən ki, hamının arzu və istəyini yerinə yetirəsən. Bu isə film və ya əsər olmaz.

Filmin müəllifləri qarşılarına bir məqsəd qoyub – Xocalı faciəsinin səbəblərini, bir şəhərin sakinləri ilə birlikdə özündən yüzqat güclü bir düşmənlə qəhrəmancasına döyüşməsi, qırılması, amma Vaqif Bayatlı Odərin təbirincə desək, «min illərin gün işığı kimi torpağın üstə qalıb» yaşaması və üzü Xocalıya tərəf yaşaması.

Vahid Mustafayev və yaradıcı kollektiv istəklərinə çatıblar və ortaya çox ciddi və uğurlu bir film qoyublar. Və əvvəldə dediyim kimi olmayan yerdən bir film.

Və film də təkcə ölkəmizdə deyil, ölkəmizdən uzaqlarda da uğurla nümayiş etdirilir və nümayiş etdiriləcək də. Hansısa festivallarda da mükafat və mükafatlar alacağına da inanıram.

Demirəm oturub bütün günü bu filmi tərifləyək. Amma bu filmə bu qədər sağdan-soldan tənqid edilməsini də başa düşmürəm. Axı bu filmin üzərinə niyə bu qədər gedirlər?

Maraqlı cəhətin biri budur ki, bir çox tənqidçilər «Xoca»ya sənədli film kimi yanaşırlar. Qardaşlar, Xocalı ilə bağlı onlarla sənədli film çəkilib, bəlkə yüzlərlə sənədli əsər yazılıb. Vahid Mustafayev bu sənədlərin hamısı ilə tanışdır. O sənədli filmlərə də baxıb. Və o sənədli filmin ilkini rəhmətlik qardaşı Çingiz Mustafayev çəkib (əslində Ç.Mustafayev də Xocalı şəhididir), bir neçəsini də özü. Və o faciəni xocalılar kimi yaşayıb.

Və indi o gördüklərini, o yaşadıqlarını, o sənədləri, faktları yazıçı və rejissor kimi təxəyyülündən keçirib bir bədii əsər-film ortaya qoyub.

… Əsgərin forması təzəydi; o vaxt həmin saat yox idi; avtomatın üstündəki nömrədən görünür ki, 1992 deyil, 2000- ci ilin istehsalıdı; o vaxt «halal» kolbasa yox idi…

…bunlar hələ evlənməyiblər niyə öpüşürlər; iraq ruhlarından, əşi bir qələtdi də eləyiblər, evlənməmişdən əvvəl öpüşüb milli mentalitetimizə zərbə vurublar… nə isə, at gəldi, örkən apardı…

Filmdəki hadisələr, süjet xətti, aktyor oyunu, uğurlu döyüş səhnələri, obrazlar, insanların yaşantıları, nakam sevgilər, gözəl operator işi, rejissorun uğurlu bədii həlli… bunlar qalıb bir kənarda.

Simvollar, sətiraltı ifadələr, həmin dövrün təzadları və faciə içində faciələr, rejissorun bütün bunları uğurla təqdim edə bilməsi…

Bu filmi Azərbaycandan kənara çıxarmaq olmaz! Niyə, qardaşım?! Əvvəla, film artıq Azərbaycandan çıxıb və dünyanı addım-addım gəzir.

Filmin yalnız daxili auditoriyaya yaradığını rejissor Eldəniz Quliyev deyir...

Filmin yalnız daxili auditoriyaya yaradığını rejissor Eldəniz Quliyev deyir...

İkincisi, bir yazıçı, bir rejissor öz millətinin yaşanması mümkün olmayan dərdini, ağrı-acısını, yaşam savaşını qələmə almalı, göstərməlidi, yoxsa Avropanın xoşuna necə gələcəyini düşünməlidir – «Daş yuxular» kimi?!

Üçüncüsü, film haqqında bunu deyən sənətkar da bu millətin oğlu deyilmi?! Heç kim onun istedadına şübhə etmir və onun filmləri və əsərləri də dünyanı gəzir, çox gözəl, bununla fəxr edirik. Bəs, görəsən niyə bu 25 ildə əlində hər cür imkanı ola-ola və ABŞ-da, Avropada güclü əlaqələri hesabına bu millətin dərdini, acısını, işğala məruz qaldığını, soyqırıma uğradığını yazıb və ya çəkib dünyaya çıxarmır? Amma böyük bir yaradıcı kollektivin uğurlu bir filmini aşağılayır.

Və bir də çox maraqlıdır, necə olur ki, Hollivudun ABŞ-ın apardığı ədalətsiz və heç bir humanizmə sığmayan müharibələr haqda döyüş filmləri dünyanı ayaqlarının altına alıb tapdalaya bilər və dünya (eləcə də biz) bəh-bəhlə izləyə bilər, amma Azərbaycan xalqının uğradığı soyqırıma və bu xalqın apardığı ədalətli mübarizəyə həsr olunmuş döyüş filmi «Xoca» sərhəddən kənara çıxa bilməz?!

Sirr deyil ki, bizim haqq işimiz ortalığa gələndə dünya özünü ölülüyə vurur. Ölünü də özbaşına buraxanda…

İndi biz dünyanı bu filmə və digər belə filmlərə baxmağa məcbur etməliyik! Necə? Çox asan. Xaricdə fəaliyyət göstərən lobbilərimiz, diasporalarımız, Azərbaycan cəmiyyətləri, Avropada yaşayan imkanlı soydaşlarımız bunu etməlidir.

Artıq dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıyıb və tanımaqdadırlar. Kino dünyada ən böyük təbliğat vasitəsidir. Və Xocalı soyqırımının tanınmasında bu film də özünəməxsus bir rol oynaya bilər.

Və sonda. Filmi bəyənməyənlərin bir tənqidi də odur ki, bu film ölkə daxili üçün hesablanıb.

Ədalətsiz bir dünyada, ədalətsiz bir müharibəyə cəlb edilərək minlərlə şəhid verən, torpaqları işğal altda olan bir millətin yaradıcı şəxsinin bir missiyası da (bəlkə də ən böyük missiyası) xalqının ruhunu öləziməyə qoymamaq, özünə inamı aşılamaq, ümid vermək və yarınkı qələbəyə səsləmək və inandırmaqdır. «Xoca» da bu missiyanı yerinə yetirə bilib. Burda pis nə var?!

Xoca yaşına çatıb Xoca ola bilməyənlər də millətə yuxarıdan aşağı baxdıqları kimi, bu filmə də yuxarıdan aşağı baxırlar. Millət Xoca saydıqlarını sevgi ilə göyə atır-tutur, atır-tutur, göyə atır və bir gün onların Xoca olmadıqlarını anlayıb day tutmur… daş kimi düşürlər millətin ayaqları altına!

"Ədalət" qəzeti

Filmin treyleri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG