Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29
-

Fevralın 22-də Ağdamda «Qarabağa doğru Haqqın və haqqımızın səsi ilə» kampaniyasına start verilib. Kampaniya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, «Xocalıya ədalət» beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dəstəyi ilə keçirilir.

Bu haqda AzadlıqRadiosuna Komitənin mətbuat xidmətinin rəhbəri Orxan Əli deyib. Onun sözlərinə görə, kampaniyaya Ağdamın Quzanlı qəsəbəsində start verilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Türkiyə, İran və Pakistan səfirliklərinin nümayəndələri, Qarabağ bölgəsinin icra qurumlarının rəhbərləri iştirak edirlər.

Orxan Əlinin dediyinə görə, bu dəqiqələrdə Ağdamın Çəmənli kəndində «Cümşüd» məscidində azan verilir.

«Bir qədər əvvəl dövlət himni səsləndirildi. Ondan əvvəl Quzanlıda Şəhidlər və Heydər Əliyev abidələrini ziyarət etdik. Biz təmas xəttinin 2-3 kilometrliyindəyik. Günorta saatlarında işğal olunmuş torpaqların iki addımlığında Ağdamın «Cümə» məscidindən verilmiş tarixi azan səsləndiriləcək. Məqsədimiz azan səsi ilə haqqın və haqqımızın səsini çatdırmaqdır. Azanın bütün cəbhə boyu eşidilməsini istəyirik» deyə Orxan Əli bildirir.

Onun sözlərinə görə, Komitə dini icmaların da Qarabağa dəstək kampaniyasına qoşulmasını gözləyir.

Kampaniya bir gün davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG