Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

AMEA prezidentinin səlahiyyətləri Akif Əlizadəyə tapşırılıb


Fevralın 21-də Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yığıncağı keçirilib. «Media forum» saytının məlumatına görə, iclasda Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadəyə prezident səlahiyyətlərinin icrasının həvalə olunması barədə qərar çıxarılıb.

AMEA-nın akademik katibi Vaqif Fərzəliyev «Media forum»a deyib ki, Akif Əlizadə prezident səlahiyyətlərini akademiyanın ümumi yığıncağına qədər icra edəcək.

Fevralın 9-da AMEA prezidenti akademik Mahmud Kərimov vəfat edib. Mahmud Kərimov Milli Elmlər Akademiyasına 2001-ci ildən rəhbərlik edirdi.

Nizamnaməyə əsasən, akademiyanın prezidentini ümumi yığıncaq seçir. Növbəti ümumi yığıncaq apreldə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG