Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:31

Marşrutlarda yeni sistemdə ödəmə kartları pulsuz veriləcək


Marşrutlarda tətbiq olunacaq yeni sistemdə ödəmə kartları pulsuz veriləcək.

AzərTAc xəbər verir ki, bu sözləri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev deyib.

Bu istiqamətdə işlərin aparıldığını bildirən İ. Əliyev qeyd edib ki, ödəniş kartlarını şəhərin marketlərindən almaq mümkün olacaq. İlkin mərhələdə istifadəçilərin sayına uyğun kart buraxılacaq ki, bu da təxminən 1-3 milyon olacaqdır. İstifadəçilər kartlarının balansında məbləğ qurtararsa, onu yenidən yükləyə biləcəklər.

Kart sisteminin tətbiqi ilə bəzi xoşagəlməz halların da aradan qalxacağını vurğulayan İ. Əliyev, sərnişinlərin kartdakı balansı öyrənmək üçün avtobus dayanacaqlarında quraşdırılan interaktiv lövhələrdən istifadə edə biləcəklərini diqqətə çatdırıb.

Sərnişinlər kartları banklar, köşklər, müxtəlif marketlər və mobil terminallar vasitəsilə əldə edə biləcəklər.

Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üçün avadanlıqların quraşdırılmasına may ayında başlanılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG