Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

Rusiya gürcüstanlı siyasətçi Givi Targamadzeni beynəlxalq axtarışa verib


 Givi Targamadze

Givi Targamadze

Gürcüstanlı siyasətçi Givi Targamadze beynəlxalq axtarışa verilib.

O Rusiyada kütləvi hərcmərcliyin təşkilində ittiham olunur.

Müstəntiq Rustam Gabdulin bu gün Moskva Basman məhkəməsində qərarın fevralın 15-də çıxarıldığını bəyan edib.

Targamadze hazırda Gürcüstandadır.
Amma Gürcüstan hökumətinin onu verib-verməyəcəyi hələlik bəlli deyil.

Rusiyada Targamadze ilə yanaşı eyni ittihamla yerli müxalifət fəalları Serei Udaltsov, Leonid Razvozjayev və Konstantin Lebedevin də məhkəməsi gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG