Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

Milli Elmlər Akademiyası Akif Əlizadəyə tapşırılıb


-
Fevralın 21-də Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yığıncağı keçirilib.

İclasda Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadəyə prezident səlahiyyətlərinin icrasının həvalə olunması barədə qərar çıxarılıb.

AMEA-nın akademik katibi Vaqif Fərzəliyev «Media forum»a deyib ki, Akif Əlizadə prezident səlahiyyətlərini akademiyanın ümumi yığıncağına qədər icra edəcək.

Fevralın 9-da AMEA prezidenti akademik Mahmud Kərimov vəfat edib. Mahmud Kərimov Milli Elmlər Akademiyasına 2001-ci ildən rəhbərlik edirdi.

Nizamnaməyə əsasən, akademiyanın prezidentini ümumi yığıncaq seçir. Növbəti ümumi yığıncaq apreldə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG