Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

Raffi Hovanisian tərəfdarlarını meydandan dağılışmağa çağırıb


Serzh Sarkisian və Raffi Hovannisian

Serzh Sarkisian və Raffi Hovannisian

Ermənistanda keçirilən prezident seçkisində ikinci olan “İrs” partiyasının sədri Raffi Hovanisian tərəfdarlarını Azadlıq meydanından çəkilməyə çağırıb.

Onun tərəfdarları dünən axşam Yerevanda seçkinin nəticələrinə etiraz olaraq kütləvi nümayiş keçirib.

Ovanisian bu gün prezident sarayında yenidən dövlət başçısı seçilmiş Serzh Sarkisianla görüşüb.

O cümə günü keçiriləcək mitinqdə görüşlə bağlı bütün suallara cavab verəcəyini vəd edib.

Seçkinin saxtalaşdırıldığını deyən müxalifət nəticələrin ləğvini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG