Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:57

İslamçıların kassasiya şikayəti təmin edilmədi


-
Fevralın 21-də Ali Məhkəmədə İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, qohumu Dəyanət Səmədov, partiya üzvü Zülfüqar MikayılovFəraməz Abbasovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Onların kassasiya şikayəti təmin olunmayıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə qalıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı məlumat verib

Bakı Apelyasiya Məhkəməsi 2012-ci il mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.

2011-ci il oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fərəməz Abbasov 11 il azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb. Onlar cinayətə hazırlıqda, qanunsuz silah saxlamaqda, hakimiyyəti zorla ələ keçirmədə ittiham olunub.

Vaqif Abdullayev keçən il iyulun 12-də Penitensiar Xidmət İdarəsinin Müalicə Müəssisəsində vəfat edib.
XS
SM
MD
LG