Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:02

«Azadlıq»a qarşı məhkəmə qərarları qərəzlidir»


«Azadlıq» qəzetinə qarşı olan məhkəmə qərarları qərəzlidir və qəzetə qarşı təzyiqlərin tərkib hissəsidir.

Bunu «Azadlıq» qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev fevralın 21-də keçirdiyi mətbuat konfransında deyib.

Rahim Hacıyev deyib ki, bir neçə gün əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı qaldırdığı iddia üzrə kasasiya şikayəti təmin olunmayıb:

«30 min manat bizim üçün böyük puldur. Eyni zamanda fevralın 19-da «Binə» Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrə qəzetə 30 min manat, əməkdaşına isə 2 min manat cərimə kəsilib. «Qasid» firması da qəzetin borcunu ödəmir, nəticədə nəşriyyata borclu qalırıq».

R. Hacıyev deyib ki, qəzetə qarşı iddialar əsasında kəsilmiş cərimələr ödənmədiyinə görə, aprel ayında qəzetin hesabına həbs qoyulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG