Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:49

Dəməşqin mərkəzində güclü partlayış olub


Dəməşqdə partlayış
Dəməşqdə partlayış
Suriyanın paytaxtı Dəməşqin mərkəzində güclü partlayış olduğu xəbər verilir.

Polis minalanmış maşının hakim Bəəs partiyasının baş qərərgahı və Rusiya səfirliyi ətrafında partladıldığını deyir.

Dövlət informasiya vasitələri bunun hakimiyyətə qarşı terror hücumu olduğunu, xeyli mülki sakinin öldüyü və yaralandığını xəbər verirlər.

Rusiya səfirliyinin nümayəndələri səfirliyin bir neçə pəncərəsinin sındığını deyirlər.

BMT 2 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində 70 minə yaxın adamın öldüyünü deyir.
Üsyançılar prezident Bashar Assadın istefasını tələb edirlər.
XS
SM
MD
LG